newsPhoto

Dövlət Miqrasiya Xidməti Ağsuda “MİGAZ”ın istifadəsi ilə bağlı maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə daxil olan Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının inzibati binasında “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və yeni mobil tətbiqi “MİGAZ”ın istifadəsi, həmçinin tətbiqdə olan yeniliklərin nümayiş etdirilməsi” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.

Tədbirdə Ağsu rayon kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə üzvləri, həmçinin aidiyyəti dövlət qurumları, məhkəmə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri, o cümlədən rayon ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Ağsu rayon İcra Hakimiyyəti başçısının I müavini Rasim Novruzov vətəndaşların maarifləndirilməsində belə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. DMX-ya regionlarda müntəzəm olaraq təşkil etdiyi maarifləndirilmə tədbirlərinə görə minnətdarlığını bildirib.

Tədbirdə Ağsu regional miqrasiya idarəsinin məsul vəzifəli şəxsləri Dövlət Miqrasiya Xidməti tərəfindən son zamanlar həyata keçirilən yeniliklər, qanunvericilikdə olan dəyişikliklər barədə məlumat veriblər. Tədbirdə  Xidmətin yeni istifadəyə verilmiş mobil tətbiqi “MİGAZ”ın funksiyaları, istifadə qaydaları və üstünlükləri seminar iştirakçılarına geniş izah olunub. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda 6 nəfər şəxsə səyyar xidmət göstərilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur