newsPhoto

Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən 117 namizəd 70 və dаhа yuxarı bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün dekabrın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində test imtahanı keçirib.

Müsabiqənin test mərhələsində iştirak etmək üçün 394 namizəd müraciət edib. Onlardan 324 nəfər imtahanda iştirak edib.

Test imtahanının nəticələrinə əsasən,117 namizəd 70 və dаhа yüksək bal toplayaraq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, 3 sааt davam edən imtahanda namizədlərə 100 test sualı təqdim olunub. Onlardan 50 sual ümumi qanunvericilik və Azərbaycan Respublikasının Konstitusiyası, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri, 20 sual isə məntiq üzrə olub. Hər suаl bir bаllа qiymətləndirilib.

İmtahanın nəticələri ilə buradan tanış ola bilərsiniz http://eservices.dim.gov.az/


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur