newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin noyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin noyabr ayı ərzində 7171 zəng daxil olmuşdur. Onlardan 6413-ü azərbaycan,   678-i rus, 80-i isə ingilis dilində cavablandırılıb. Qəbul edilən zənglərin 1970-i müvəqqəti yaşama icazəsi , 739-u vətəndaşlıq məsələləri, 643-ü olduğu yer üzrə qeydiyyat, 495-i daimi yaşama icazəsi, 443-ü iş icazələri, 308-i inzibati xəta, 2573-ü digər məsələlər ilə əlaqədar olub. Ay ərzində 104 zəng sifarişi daxil olub. Daxil olmuş zəng sifarişləri ilə əks əlaqə yaradılıb və qanunvericiliyə müvafiq qaydada suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur