Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb. Onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilmiş, digər 26 nəfərin isə  Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur