newsPhoto

Dövlət Miqrasiya Xidmətində növbəti təlimlər keçirilib

Dövlət Miqrasiya Xidmətinin Aparatında, o cümlədən Xidmətə daxil olan qurumlarında çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə  “Mühasibat uçotunun aparılması və təminat işinin təşkili” mövzusunda təlimlər keçirilib. Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlərdə maliyyə hesabatlarının hazırlanması, maliyyə vəsaitlərinin səmərəli istifadəsinin təşkili, inventarizasiya və onun aparılma qaydaları və etik davranış qaydalarına riayət olunması mövzuları əhatə edilib.

Təlim prosesinin sonunda dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur