newsPhoto

Dövlət Miqrasiya Xidməti Kürdəmirdə maarifləndirmə tədbiri və səyyar xidmət keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri  və səyyar xidmət təşkil edilib.

“Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri – Azərbaycan Respbulikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları" mövzusunda keçirilən tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, idarə və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı iştirakçılara geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda vətəndaş məmnunluğunun təmin olunması məqsədilə təşkil olunan səyyar xidmətdə 1 nəfərə  Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar təqdim olunub, 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul qaydaları izah edilib, 4 nəfərə müvəqqəti  və 1 nəfərə isə daimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlərin siyahıları təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur