newsPhoto

"Miqrasiya və təhlükəsizlik" mövzusunda həftəsonu təlimi

Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olduğu Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə 17-18 noyabr 2018-ci il tarixlərdə Bakı şəhərində Hyatt Regency mehmanxanasında "Miqrasiya və təhlükəsizlik" mövzusunda növbəti miqrasiya tədqiqatları üzrə həftəsonu təlimi təşkil olunacaq.

Amsterdam Azad Universitetinin miqrasiya hüququ və beynəlxalq himayə sahəsi üzrə tanınmış alimi Qalina Kornelis tərəfindən ingilis dilində keçiriləcək təlimdə iştirak könüllüdür.

Təlimə qatılmaq istəyənlər ingilis dilində tərcümeyi-halı (CV) və qoşmaya əlavə olunan qeydiyyat formasını dolduraraq 03.11.2018-ci il tarixinədək  aida.hasanova@icmpd.org elektron ünvanına göndərə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur