Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 əcnəbi saxlanılıb
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb. Onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
Saxlanılmış 13 nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub. Digər 41 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.