newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Xidmət rəisi ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu və bu münasibətlərin hazırda da uğurla davam etdiyini vurğulayıb.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, o cümlədən miqrasiya sahəsində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında miqrasiya sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur