newsPhoto

Dövlət Miqrasiya Xidməti Qurban bayramı münasibətilə əcnəbilər üçün tədbirlər təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən  Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  üçün bayram süfrəsi açılıb. 

Mərasim iştirakçılarına mənəvi birlik və həmrəylik rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə təbriklər çatdırılıb. Bildirilib ki, yüksək əhval-ruhiyyə ilə qeyd edilən bu bayram cəmiyyətimizdə saflıq və xeyirxahlıq hisslərini aşılayır.

İnsanların fədakarlığını daha da gücləndirən, hər bir bəşər övladına mərhəmət təlqin edən bu əziz bayram münasibətilə, həmçinin ölkəmizdə qaçqın statusu almış şəxslərlə DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsində görüş keçirilib. Onlara bayram sovqatları hədiyyə edilib.

Hər iki tədbirin iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur