newsPhoto

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində üç gün ərzində 71 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX)  qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

DMX tərəfindən üç gün ərzində qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı müxtəlif ölkələrin vətəndaşları olan 71 əc­­nə­bi sax­­­la­nıl­ıb. Onlardan 10 nəfərinin Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur