newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkiyədə 86, dünyanın 74 ölkəsində isə 194-dən çox ofisi fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin  (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə miqrasiya ilə bağlı məsələlər, biznes və investisiya mühitinin yaxşılaşdırlması  istiqamətində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

V.Hüseynov DMX-nin fəaliyyəti haqqında geniş məlumat verib. Ölkəmizdə iş adamalarına, sahibkarlara yaradılan şəraitdən bəhs edib.

Xidmət rəisi Azərbaycanda miqrasiya sahəsində yeniliklərdən söhbət açıb. Bildirib ki, bu yeniliklərdən biri bundan sonra əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada əmək vizası almaq imkanının yaradılmasıdır.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun və başqaları səmimi görüşə və iş adamlarına, əməkçi miqrantlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. Bildirilib ki, dünyanın müxtəlif ölkələrində yeni şöbələrini açan MÜSİAD-ın Azərbaycan şöbəsi artıq bir ildir ki, Bakıda fəaliyyətə başlayıb. MÜSİAD Azərbaycana üzv olan şirkətlər inşaat, maliyyə, xidmət, kənd təsərrüfatı, mətbəə sahəsində fəaliyyət göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur