newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında güllə atıcılığı üzrə yarış keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Atıcılıq Federasiyasının xüsusi təyinatlı ərazisində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında güllə atıcılığı üzrə yarış keçirilib.

Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev hüquq-mühafizə orqanı olan DMX əməkdaşları arasında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə  təşkil edilən güllə atıcılığı üzrə bu yarışın dövlətə, dövlətçiliyə, ordumuza sevgi və ehtiramın ifadəsi olduğunu qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev Federasiyanın fəaliyyəti barədə məlumat verib.  

Silahlarla davranışda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi əməkdaşların diqqətinə çatdırıb.   

DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda Xidmətin 44 əməkdaşı iştirak edib.

Yarışın nəticələrinə əsasən ilk üç yerin qalibləri medal və diplomlarla təltif ediliblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur