newsPhoto

Miqrasiya sahəsində beynəlxalq təşkilatda gənc mütəxəssis və tələbələrin təcrübə qazanmaq imkanı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) tərəfdaşı olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCMPD) Praqa Prosesinin Miqrasiya Observatoriyası çərçivəsində miqrasiya sahəsində fəaliyyət göstərən gənc mütəxəssislər və tələbələr üçün 3 (üç) aylıq təcrübə proqramı üzrə müsabiqə elan edir. Namizədlərdən rus və ingilis dillərini bilmələri tələb olunur.

Proqram 2018-ci il iyulun 15-dən oktyabrın 15-dək İCMPD-nin Avstriyanın Vyana şəhərində yerləşən qərargahında həyata keçiriləcək. Seçilmiş iştirakçının yol xərclərinin qarşılanması və aylıq 500 Avro məbləğində təqaüdün ayrılması nəzərdə tutulur.

Proqramda iştirak etmək istəyənlər tələb olunan sənədləri aşağıdakı keçid vasitəsilə https://www.icmpd.org/work-for-us/careers/current-vacancies/vacancy-detail/?tx contactdb pi2%5Bvacancy%5D=981&tx contactdb_ pi2%5BbackPid%5D=1665   İCMPD-yə təqdim edə bilərlər.

Namizədlər, həmçinin öz ərizələrinə əlavə olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən tövsiyə xarakterli müvafiq dəstək məktubu almaq istədikləri halda tələb olunan sənədləri İCMPD-yə təqdim etməzdən əvvəl DMX-nin icd@migration.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqəyə ərizələrin təqdim olunmasının son tarixi 18 iyun 2018-ci ildir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur