newsPhoto

Qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı 56 əcnəbi aşkar edilib

Dövlət Miqrasiya Xidməti (DMX)  qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə  tədbirlərini da­vam etdirir.

DMX tərəfindən qa­nun­suz miqrasiyaya qarşı həyata keçirilən təd­bir­lər za­ma­nı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si  Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib.

Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublika­sı­nın əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gə­ti­ril­mələrinin və burada yerləşdirilmələrinin təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçiril­mək­lə leqalla­şacaqlarına vəd verilib və qanunsuz miqranta çevril­mə­lə­ri­nə şə­rait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və­­tən­da­şları və saxlanılan əcnəbilərdən İran və­tən­­­­daş­­­ları­nın ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Res­­publikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq təd­bir­­lər görülür.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur