newsPhoto

Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Almatıda rəsmi səfərdə olub

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) 22-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərində rəsmi səfərdə olub.

İclas çərçivəsində Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Özbəkistan respublikalarından olan nümayəndə heyətlərinin başçıları ilə keçirilmiş görüşlərdə hazırda müqabil tərəflərdə baxılmaqda olan miqrasiya sahəsində əməkdaşlığa dair saziş layihələri ilə bağlı aparılan işlərin sürətləndirilməsi razılaşdırılıb.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar.

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti 23-cü iclasının 2018-ci ilin ikinci yarısında Qırğız Respublikasında keçirilməsi qərara alınıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur