newsPhoto

Dövlət Miqrasiya Xidməti Hacıqabulda səyyar xidmət təşkil edib

Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Hacıqabulda rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat qrupunun əməkdaşlarının iştirakı ilə rayon ərazisində sənədsiz və ya etibarsız sənədlərlə yaşayan şəxslərin səyyar qəbulu  həyata keçirilib.Səyyar xidmətin imkanlarından keçmiş sovet pasportu və ya doğum haqqında şəhadətnamə ilə yaşayan 30 nəfər istifadə edib. Onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün sənədləri qəbul edilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur