newsPhoto

“Dövlət Miqrasiya Xidməti: 11 il xidmətdə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Lənkəran regional miqrasiya idarəsi Lənkəran Dövlət Universitetində “Dövlət Miqrasiya Xidməti: 11 il xidmətdə” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Görüşdə çıxış edən regional miqrasiya idarəsinin məsul əməkdaşları Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, eləcə də əldə edilən nailiyyətlər barədə ətraflı məlumat veriblər. Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər - olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi qaydalarından söhbət açılıb. Qeyd olunub ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. Diqqətə çatdırılıb ki, hər bir əcnəbi ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olaraq qanunvericiliyin tələblərinə əməl etməli, ölkədə olma və yaşamalarını leqallaşdırmalıdırlar.

Lənkəran Dövlət Universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşdə qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülmüş işlər, həmçinin miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırmanın qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyətindən  də danışılıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər və miqrasiya qanunvericiliyində baş vermiş son dəyişikliklər izah olunub.

Xidmətin rəsmi internet səhifəsində “Elektron xidmət”lərin göstərilməsi üçün yardılmış bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, DMX-nın təqdim etdiyi 11 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub. Bu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir. 

Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, eləcə də Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur