Regional miqrasiya idarəsinin rəisinin qəbuluna regional idarəyə birbaşa müraciət əsasında və ya göstərilən əlaqə vasitələri (telefon və e-mail) ilə yazılmaq mümkündür.
Regional miqrasiya idarəsinə qəbula dəvət olunanlar şəxsiyyətini təsdiq edən sənədi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportu yaxud icazə vəsiqəsi, AR vətəndaşının şəxsiyyət vəsiqəsi və s) təqdim etməlidirlər.
Regional miqrasiya idarəsinin rəhbərliyi tərəfindən qəbul regional idarənin səlahiyyətlərinə aid olan məsələlər üzrə həyata keçirilir.
Regional miqrasiya idarəsinin rəisinin qəbul günü və vaxtı ilə buradan tanış ola bilərsiniz.