Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Əliyev Elman Məmməd oğlu

Əliyev Elman Məmməd oğlu

03.02.1971-ci ildə Yevlax şəhərində anadan olmuşdur.

1997-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin taktiki sərhəd qoşunları komandiri fakültəsini fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1988-ci ildə Yevlax rayon Nəqliyyat Ekspedisiya Qovşağı müəssisəsində çilingər kimi başlamışdır.

1989-1991-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.

1991-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1997-2008-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarında, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir.

2008-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının immiqrasiya nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2010-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsi, İmmiqrasiya nəzarəti və deportasiya idarəsinin rəisi vəzifəsində çalışmışdır.

02.2011-03.2011-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini-Miqrasiya tənzimləmə idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2011-ci il tarixli 1406 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2012-ci il tarixli 2102 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2023-cü il tarixli müvafiq Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

20 medalla təltif edilmişdir.

Ailəlidir. İki övladı var.

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti