Nağıyev Vəli Nağı oğlu

02.07.1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur.

1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi  fakültəsini bitirmişdir.

1981-1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır.

1993-2007-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.

27.08.2015-11.09.2015-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi vəzifəsində çalışmışdır.

11.09.2015-15.12.2015-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsi-baş idarə rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli  Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri  ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 mart 2021-ci il tarixli 2538 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

2 orden və 34 medalla təltif edilmişdir.

Ailəlidir. Üç övladı var.