Nağıyev Habil Sadıx oğlu
Nağıyev Habil Sadıx oğlu
29.07.1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuşdur.
2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir.
2007-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir.
2000-2001-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.
Əmək fəaliyyətinə 2002-ci ildə “İstilikenerjitikintiquraşdırma” ASC müəssisəsində hüquqşünas kimi başlamışdır.
2003-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.
2016-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsi, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsi, ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini-Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi vəzifəsində çalışmışdır.
2019-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.
10.11.2021-27.12.2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini-Maliyyə və maddi-texniki təminat baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.
2021-2025-ci illərdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2025-ci il tarixli 750 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 mart 2021-ci il tarixli 2537 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2021-ci il tarixli 2993 nömrəli Sərəncamı ilə General-mayor ali hərbi rütbəsi verilmişdir.
17 medalla təltif edilmişdir.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası