Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində yüksək səviyyəli panel müzakirələr keçiriləcək

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində 20 may 2026-cı il tarixində “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksək səviyyəli panel müzakirələr keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.

Panel müzakirələri zamanı miqrasiya və urbanizasiya arasında əlaqə ətrafında fikir mübadiləsi aparılacaq, miqrantların inteqrasiyasını asanlaşdıran və şəhərlərin davamlılığını gücləndirən innovativ, təhlükəsiz və dayanıqlı idarəetmə çərçivələrinə diqqət yetiriləcək. Müzakirələr həmçinin milli miqrasiya siyasətləri ilə yerli şəhər reallıqları arasındakı əlaqələrin qurulmasına və qlobal əməkdaşlığın inkişafına töhfə verəcək.  

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti