AZ EN RU
logo Aliyev
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ YANINDA İCTİMAİ ŞURANIN İCLASININ

 

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT MİQRASİYA XİDMƏTİ YANINDA İCTİMAİ ŞURANIN İCLASININ

1 saylı P R O T O K O L U

 

 

Bakı şəhəri

 

08 iyun 2015-ci il

İştirak edirdilər:

1.

Allahverənov Azər Kərim oğlu

 

2.

Bağırov Kənan Sabir oğlu

 

3. Kətanov Məmməd Teymur oğlu

 

4.

Məmmədova Kəmalə Natiq qızı

 

5. Məmmədov Sahib Məlik oğlu

 

 

Sədr:  A.K.Allahverənov

 

Katib: M.T.Kətanov

 

Gündəlik məsələlər:

 

  1. İctimai şuranın iclaslarının reqlamentinin müəyyən edilməsi haqqında;

 

  1. Ictimai şuranın sədrinin, sədr müavinin və katibinin seçilməsi haqqında.

 

Dinlənildi:

 

Gündəlikdə duran 1-ci məsələ ilə bağlı fikir bildirən İclas sədri A.K.Allahverənov qeyd etdi ki, İctimai şuranın fəaliyyəti müəyyən ediləcək reqlament əsasında həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununun 8-ci və 10-cu maddələri İctimai şuranın iş qaydalarını, daha geniş mənada reqlamentini müəyyən edir və buradakı müddəalar kifayət qədər aydın və konkretdir. İclas sədri təklif etdi ki, ilk əvvəl İctimai şuranın reqlamenti ilə bağlı qərar qəbul olunsun.

 

Çıxış etdilər:

 

S.M.Məmmədov, K.S.Bağırov çıxışlarında bildirdilər ki, ictimai şuraların fəaliyyəti ilə bağlı normativ aktlarda reqlament məsələsi açıq şəkildə öz əksini tapmışdır və bu səbəbdən həmin sənədlərlə müəyyən edilmiş müddəalar əsas götürülərək məsələnin səsə qoyulması məqsədəmüvafiq hesab edilməlidir.

 

Aşağıdakı qərar layihəsi səsə qoyuldu:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın reqlamentinin müəyyən edilməsi.

 

Lehinə - 5 nəfər Əleyhinə - yoxdur

 

Bitərəf – yoxdur

 

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın reqlamenti Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununun 8-ci və 10-cu maddələrinə uyğun müəyyən edilsin.

 

 

Dinlənildi:

 

Gündəlikdə duran 2-ci məsələ barədə A.K.Allahverənovun məlumatı. O qeyd etdi ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın ilk iclasında şuranın sədri, sədr müavini və katibi seçilməlidir. Ilk olaraq İctimai şuranın sədrinin seçilməsinin gərəkli olduğunu vurğulayan iclasın sədri bu məsələyə dair münasibətin bildirilməsinə dair sözü iclas iştirakçılarına verdi.

 

Çıxış etdilər:

 

M.T.Kətanov çıxışında bildirdi ki, İctimai şuranın sədri vəzifəsi olduqca məsuliyyətli vəzifədir və bu işin öhdəsindən miqrasiya sahəsində geniş təcrübəsi olan şəxs gələ bilər. M.T.Kətanov həmin vəzifəyə məhz Azər Kərim oğlu Allahverənovun layiqli bir namizəd olduğunu vurğuladı. Digər çıxışçılar da M.T.Kətanovun təklifini bəyəndiklərini qeyd etdilər və təklifin səsə qoyulması bildirdilər.

 

Aşağıdakı qərar layihəsi səsə qoyuldu:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədri vəzifəsinə Azər Kərim oğlu Allahverənovun seçilməsi

 

Lehinə - 4 nəfər Əleyhinə - yoxdur Bitərəf – 1 nəfər

 

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədri vəzifəsinə Azər Kərim oğlu Allahverənov seçilsin.

 

 

Dinlənildi:

 

Gündəlikdə duran məsələ barədə məlumat verən iclas sədri A.K.Allahverənov qeyd etdi ki, İctimai şuranın ilk iclasında həm də İctimai şuranın sədrinin müavini seçilməlidir. Bu məsələ ilə bağlı təkliflərin irəli sürülməsi üçün iclas sədri İctimai şuranın üzvlərinə söz verdi.

 

Çıxış etdilər:

 

K.S.Bağırov çıxışında bildirdi ki, İctimai şuranın sədr müavini vəzifəsinə Şuranın yeganə xanım üzvü olan Kəmalə Natiq qızı Məmmədovanın namizədliyini irəli sürür və bildirdi ki, bu vəzifəyə xanım K.Məmmədovanın seçilməsi həm də Şura rəhbərliyində gender balansının təmin olunmasına xidmət edəcəkdir.

 

Aşağıdakı qərar layihəsi səsə qoyuldu:

 
  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədr müavini vəzifəsinə Kəmalə Natiq qızı Məmmədovanın seçilməsi

 

Lehinə - 4 nəfər Əleyhinə - yoxdur Bitərəf – 1 nəfər

 

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədr müavini vəzifəsinə Kəmalə Natiq qızı Məmmədova seçilsin.

 

 

Dinlənildi:

 

İctimai şuranın katibinin seçilməsi məsələsinə toxunan iclas sədri A.K.Allahverənov bildirdi ki, həmin vəzifəyə kifayət qədər mobil, nisbətən gənc bir insanın seçilməsi daha məqsədəmüvafiqdir. Məhz bu səbəbdən İclas sədri A.K.Allahverənov İctimai şuranın katibi vəzifəsinə Məmməd Teymur oğlu Kətanovun namizədliyini irəli sürdü. S.M.Məmmədov və digər iştirakçılar iclas sədrinin təklifini bəyəndiklərini və bu səbəbdən səsə qoyulmasını təklif etdilər.

 

Aşağıdakı qərar layihəsi səsə qoyuldu:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın katibi vəzifəsinə Məmməd Teymur oğlu Kətanovun seçilməsi

 

Lehinə - 4 nəfər Əleyhinə - yoxdur Bitərəf – 1 nəfər

 

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın katibi vəzifəsinə Məmməd Teymur oğlu Kətanov seçilsin.

 

Dinlənildi:

 

İclas sədri A.K.Allahverənov təklif etdi ki, gündəlikdə duran məsələlərlə bağlı qəbul edilmiş qərarların təsdiq edilməsi ilə bağlı son qərarlar qəbul edilsin.

 

Aşağıdakı qərar layihəsi səsə qoyuldu:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın reqlamentinin təsdiq edilməsi;

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədrinin, sədr müavinin və katibinin təyin edilməsi.

 

Lehinə - 5 nəfər Əleyhinə - yoxdur Bitərəf – yoxdur

QƏRARA ALDI:

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın reqlamenti təsdiq edilsin.

 

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yanında İctimai şuranın sədri vəzifəsinə Azər Kərim oğlu Allahverənov, sədr müavini vəzifəsinə Kəmalə Natiq qızı Məmmədova və katibi vəzifəsinə Kənan Teymur oğlu Kətanov təyin edilsin. 

Regional miqrasiya idarələri