AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədlərin seçilməsinin nəticələrinə dair

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədlərin seçilməsinin nəticələrinə dair

 

  1. iyun 2017-ci il tarixli

 

 

P R O T O K O L

 

 

 

 

Bakı şəhəri                                                                                      30 iyun 2017-ci il

 

 

 

 

Sədrlik edir: Seçki Komissiyasının sədri Vahid Qəhrəmanov

 

 

Katib: Lalə Süleymanzadə

 

 

 

 

İştirak edirlər:

 

Seçki Komissiyasının üzvləri Zəminə Səfərova, Sona Hacıyeva, Akif Cabbarov, Nigar Ağayeva, Gülarə Məmmədli, Siyasət Alıyev, Nadir İsmayılov.

 

 

 

 

G Ü N D Ə L İ K D Ə

 

 

İctimai Şura üzvlüyünə namizədlərin seçilməsi

 

 

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədlərin seçilməsi prosesi 30 iyun 2017-ci il tarixdə saat 11.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında yerləşən inzibati binasında keçirilmişdir. Seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 60 təmsilçisindən 54-ü seçici qismində iştirak etmişdir. Çap olunan seçki bülletenlərinin sayı 70-dir. İstifadə olunmuş seçki bülletenlərinin sayı 54-dür. Etibarsız sayılan seçki bülletenləri olmamışdır. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açıldı və səslər Komissiya üzvlərinin iştirakı ilə hesablandı. Səsvermənin nəticəsinə görə seçicilər tərəfindən namizədlərdən Allahverənov Azər Kərim oğluna 51 səs, Bağırov Kənan Sabir oğluna 31 səs, Camalov Şahin Vəkilağa oğluna 4 səs, Dadaşova Şərqiyə Ənvər qızına 34 səs, Qədirova Arzu Əfqan qızına 39 səs, Kətanov Məmməd Teymur oğluna 29 səs,

 

  Məmmədova Kəmalə Natiq qızına 47 səs, Məmmədov Sahib Məlik oğluna 29 səs və Zeynalova Mehriban Heydərəli qızına 7 səs verilmişdir. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunurlar.

 

Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədliyi irəli sürülümüş Allahverənov Azər Kərim oğlu, Bağırov Kənan Sabir oğlu, Dadaşova Şərqiyə Ənvər qızı, Qədirova Arzu Əfqan qızı, Kətanov Məmməd Teymur oğlu, Məmmədova Kəmalə Natiq qızı, Məmmədov Sahib Məlik oğlu seçilmiş hesab olunurlar.

 

Seçki Komissiyasının üzvləri səsvermənin nəticələrini öz imzaları ilə təsdiq edirlər.

 

 

Komissiyanın sədri:

 

 

Qəhrəmanov Vahid Vaqif oğlu

 

 

 

 

Komissiyanın katibi

 

 

Süleymanzadə Lalə Rəfail qızı

 

 

Komissiyanın üzvləri:

 

 

Ağayeva Nigar Damət qızı

 

 

Alıyev Siyasət İdris oğlu

 

 

Cabbarov Akif İsmayıl oğlu

 

 

Hacıyeva Sona Məhhəmməd qızı

 

 

İsmayılov Nadir Kamil oğlu

 

 

Məmmədli Gülarə Amil qızı

 

 

 

Səfərova Zəminə Yediyar qızı

Regional miqrasiya idarələri