AZ EN RU
logo Aliyev
"Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə 13-14 aprel 2019-cu il tarixlərdə Baku IdeaLabda "Miqrasiya və ailə" mövzusunda növbəti "Miqrasiya tədqiqatları üzrə həftəsonu təlimi"nin keçirilməsi nəzərdə tutulmuşdur. 
Təlim məcburi miqrasiya və gender məsələləri üzrə tanınmış ekspert Dr. Katarzyna Grabska tərəfindən keçiriləcəkdir. İngilis dilində keçiriləcək təlimdə iştirak könüllüdür.
Sözügedən təlimdə iştirak etmək istəyən əməkdaşlar tərəfindən ingilis dilində tərcümeyi-halın (CV) və qoşmaya əlavə olunan qeydiyyat formasının aidiyyəti üzrə doldurularaq 02.04.2019-cu il tarixinədək aida.hasanova@icmpd.org elektron ünvanına göndərilməsi xahiş olunur. Əvvəllər miqrasiya həftəsonu təlimlərində iştirak etmiş əməkdaşlar yalnız aida.hasanova@icmpd.org elektron ünvanına yazmaqla iştiraklarını təsdiqləyə bilərlər. Müraciət edənlərin elektron məktubda Dövlət Miqrasiya Xidmətinin əməkdaşı olduqlarını qeyd etmələri tövsiyə olunur.

Regional miqrasiya idarələri