AZ EN RU
logo Aliyev
"Miqrasiya idarəçiliyi" mövzusunda həftəsonu təlimi keçiriləcək

8-9 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində, "Hyatt Regency" mehmanxanasında Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olduğu Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə "Miqrasiya idarəçiliyi" mövzusunda növbəti miqrasiya tədqiqatları üzrə həftəsonu təlimi təşkil olunacaq.

Təlim miqrasiya siyasəti, inteqrasiya siyasətləri və tədbirləri, gender və miqrasiya, ailə miqrasiyası mövzularında tədqiqatlar aparmış ekspert Elisabeth Strasser tərəfindən ingilis dilində keçiriləcəkdir.

İştirak etmək istəyənlər ingilis dilində tərcümeyi-halın (CV) və qoşmaya əlavə olunan qeydiyyat formasını doldurularaq 27.11.2018-ci il tarixinədək aida.hasanova@icmpd.org elektron ünvanına göndərə bilərlər.

İştirak könüllüdür.

Qeyd edək ki, təlim Dövlət Miqrasiya Xidməti ilə Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində həyata keçirilir.

Qeydiyyat forması

Regional miqrasiya idarələri