Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə "Qlobal miqrasiya tendensiyaları" mövzusunda miqrasiya üzrə həftəsonu təlimləri keçiriləcək.
Seminarın hədəf qrupuna miqrasiya ilə əlaqəli sahələrdə işləyən gənc mütəxəssislər, araşdırmaçılar və məzunlar daxildir. Seminar miqrasiya sahəsi üzrə tanınmış alim, professor Ronal Skeldon tərəfindən keçiriləcək.
Maraqlanan namizədlər CV və doldurulmuş qeydiyyat formasını 1 oktyabr tarixinədək
aida.hasanova@icmpd.org<mailto:aida.hasanova@icmpd.org> ünvanına göndərməlidirlər.
Qeydiyyat formasını aşağıdaki keçiddən yükləyə bilərsiniz:
<https://www.dropbox.com/s/sadbbyuhtpbrdz4/Registration_form.docx?dl=0>
13-14 oktyabr 2018-ci il tarixlərdə Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında təşkil edilən təlimlərdə mühazirələr və seminarlar ingilis dilindədir.
Tədbirdə iştirak ödənişsizdir.

-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...