AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR

Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunur.
Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz. 
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.  
Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
•    CV;
•    Qeydiyyat forması.
İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq.
Proqramda iştirak üçün sənədlər 15 noyabr 2019-cu il tarixədək elektron poçt (migrationschool@migration.gov.az) vasitəsilə qəbul olunur.

Regional miqrasiya idarələri