AZ EN RU
logo Aliyev
  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir

19 Mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə geniş tədbir keçirilmişdir.

 

Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər qızılgüllər qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

 

Sonra Şəhidlər xiyabanında Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilmiş, məzarları üzərinə tər qərənfillər düzülmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulmuşdur.

 

Xidmətin akt zalında davam etdirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev miqrasiya orqanları işçilərini Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə təbrik etmişdir.

 

Bildirmişdir ki, daxili və xarici miqrasiya proses­lərinin tənzimlənməsi istiqamətində ilk praktiki addımlar Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atılmışdır. Ulu öndərin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycanda bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə imkan vermişdir. Dahi şəxsiyyət müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına, onların üzləşdiyi problemlərin həllinə həmişə diqqətlə yanaşmışdır.

 

Xidmət rəisi bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması əcnəbilərin ölkəmizə marağını artırmışdır. Nəticədə xarici miqrasiya prosesləri sürətlənmişdir. Bütün bu real­lıqları nəzərə alan  Prezident cənab İlham Əliyev son illər­də miqrasiya pro­seslərinin va­hid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində komp­leks tədbir­lərin həyata keçi­ril­mə­sini təmin etmişdir. Belə ki, 2004-cü ildə Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası" qəbul edilmiş və  Konsepsiyanın gerçəkləşdirilməsi, həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

 

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini hə­ya­ta keçi­rən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi mey­dana çıx­mış­dır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il ta­rix­də Dövlət Miq­rasiya Xid­mə­tinin yaradılması haqqında fərman imzalamışdır.

 

Xidmət rəisi qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyev ötən 6 il ərzində hər zaman miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşmışdır. Miqrasiya sahəsində döv­lət siya­­sə­tinin, habelə miqrasiya pro­ses­lərinin idarə edil­məsi və tənzimlən­məsində Azər­baycan Res­pub­likasının qanunveri­ciliyi ilə müəy­yən edil­miş səlahiy­yətləri həyata ke­çi­rən Dövlət Miqrasiya Xid­mətinə qısa zamanda hüquq-mühafizə orqanı status­u verilmişdir. Xidmət fəaliyyətə baş­layandan qa­nun­vericiliyin bey­nəlxalq nor­malara və müasir dövrün tələblərinə uyğun təkmil­ləş­dirilməsinə, qanun­­ların tətbiqində yol verilə biləcək nöq­san və sui-istifadə­lə­rin, tən­zim­­lən­­məyən miq­ra­siya proses­lərinin neqa­tiv təsirinin aradan qal­dı­rılmasına, sabit de­moq­­rafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbir­ləri­nin güc­ləndirilməsinə çalışır.

 

Azərbaycan Respublikasına gələn miqrantların inteqrasiyasının sürətləndirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması qaydalarını sadələşdirmək, bu sahədə şəffaflığı təmin etmək və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədilə Prezident cənab İlham Əliyev 4 mart 2009-cu ildə “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərman imzalamışdır. “Bir pəncərə” prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir.

 

Qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində mü­vəq­qəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanun­vericiliyinin tələb­lərinə ria­yət etmə­lərinə nəzarəti həyata keçirməklə mövcud qa­nun­vericiliyin tələblərini poz­muş əcnəbi­lərin ölkə ərazisindən çıxarılması üçün mü­va­fiq tədbirlər görür. Həmçinin, ölkə­dəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir.

 

F. Nəbiyev bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətində daim ölkə başçısının Fərman və Sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutmuş, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışmışdır. Vurğulanmışdır ki,  Dövlət Miqrasiya Xidmətinin əməkdaşları dövlət rəhbərinin miqrasiya orqanlarına göstərdiyi etimadı yüksək səviyyədə doğruldaraq bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 qrup miqrasiya orqanları əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi barədə 18 mart 2013-cü il tarixdə imzaladığı Sərəncam elan edilmişdir. Həmçinin, Xidmətdə fərqlənən bir qrup əməkdaş Xidmət rəisi tərəfindən fəxri fərman və təşəkkür ilə mükafatlandırılmışlar. 

 

Sonda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr edilmiş film nümayiş olunmuşdur.

Regional miqrasiya idarələri
Elanlar