AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Hindistan səfirliyinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

18 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüş zamanı ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəldiyini və bütün sahələrdə müşahidə olunan sürətli inkişafla əlaqədar respublikamıza gələn əcnəbilərin sayının ildən-ilə artdığını bildirən Xidmət rəisi Azərbaycan Respublikasında Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda daxili və xarici miqrasiya proseslərinin yaranma səbəbləri, qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən mübarizə təbirləri barədə ətraflı məlumat vermişdir.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Vinod Kumar Azərbaycanda miqrasiya sahəsində yürüdülən siyasətə müsbət münasibət bildirmiş, Dövlət Miqrasiya Xidmətinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində təcrübəsini yüksək qiymətləndirmiş, gələcəkdə xidmətin təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağını qeyd etmişdir.

 

Görüş zamanı Azərbaycan Respublikası ilə Hindistanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılmış, həmçinin ölkəmizdə fəaliyyət göstərən hindistanlı iş adamlarının mümkün problemlərinin həlli ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 

Səmimi görüşə görə minnətdarlığını dilə gətirən səfir Xidmət rəisini Hindistana dəvət etmişdir.

Regional miqrasiya idarələri
Elanlar