AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir

26 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti və əməkdaşları ilə birgə Xocalı faciəsini əks etdirən fotoşəkillərə, həmçinin qərənfillərlə bəzədilmiş sərgiyə baxış olmuşdur.

 

Daha sonra tədbir Dövlət Miqrasiya Xidmətinin akt zalında davam etdirilmişdir. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan anma mərasimində qeyd edilmişdir ki, Xocalı soyqırımı bəşər tarixinə XX əsrin ən dəhşətli və tükürpədici qətliamı kimi daxil olmuşdur. Azərbaycanlılar 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, nəticədə xalqımız zaman-zaman tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

 

Xocalı soyqırımının aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olduğu vurğulanmış və o vaxtkı Azərbaycan rəhbərliyinin öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tutmasından, nəhayət, Sovet imperiyasının Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində atdığı addımlardan danışılmışdır.

 

Daha sonra bildirilmişdir ki, Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı nəticəsində adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin isə taleyi bu günədək məlum deyildir. 8 ailə bütünlüklə məhv edilmiş, mülki əhali vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə qarşı isə amansız, insanlığa sığmayan işgəncələr verilmişdir.

 

Həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüsün Ulu öndər Heydər Əliyevə məxsus olduğu, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyixatırladılmışdır.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məntiqli siyasət nəticəsində düşmən işğalında olan torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığı vurğulanmışdır.

 

Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Regional miqrasiya idarələri
Elanlar