AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərə start verilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli 2679 saylı Sərəncamına əsasən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyinin keçirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tərəfindən təsdiq olunmuş xüsusi tədris planına uyğun olaraq, 23 Fevral 2013-cü il tarixdə Xidmətin inzibati binasında miqrasiya orqanları əməkdaşları üçün mühazirə təşkil edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Mustafa İsgəndərzadə tərəfindən “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur” mövzusunda söylənilən mühazirə xidmət əməkdaşları tərəfindən maraqla dinlənilmişdir.

 

Mustafa İsgəndərzadə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs etmiş, Ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən danışmışdır. Eyni zamanda, professor Ulu Öndərlə bağlı xatirələrini də Xidmət əməkdaşları ilə bölüşmüşdür. Dünya xalqları tarixində iz qoymuş liderlərin dünyalarını dəyişdikdən sonra onların yerinin uzun müddət boş qalmış olduğunu dilə gətirən M.İsgəndərzadə bu hadisənin bizim ölkəmizdə baş vermədiyini, Ulu Öndərin siyasi fəaliyyətinin, ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Regional miqrasiya idarələri
Elanlar