AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayini qəbul etmişdir

6 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul etmişdir.

Ölkəmizə yeni təyinatı münasibətilə səfiri təbrik edən Xidmət rəisi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin inkişafından danışmış, bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. F.Nəbiyev qonağa rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri, həmçinin ölkə ərazisində mövcud miqrasiya prosesləri barədə  məlumat vermişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Möhsün Pakayini görüşdən məmnunluğunu dilə gətirmişdir. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində  qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.

Regional miqrasiya idarələri