AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Almaniya Federativ Respublikasının Bielefeld Əcnəbilərlə İş üzrə Mərkəzinin rəsmilərini qəbul etmişdir

4 dekabr 2012-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniya Federativ Respublikasının Bielefeld Əcnəbilərlə İş üzrə Mərkəzinin rəsmiləri Elizabet Veins və Bernard Hudallanı qəbul etmişdir. 

Görüş zamanı Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin ikitərəfli əlaqələr istiqamətində əməkdaşlığa başladığı ilk dövlətlərdən birinin Almaniya Federativ Respublikası olduğunu qeyd etmişdir.

Mərkəzin Azərbaycan, Gürcüstan və Ermənistandan olan şəxslərlə iş üzrə qrupunun rəhbəri Bernard Hudalla səmimi qəbula görə Xidmət rəisinə öz minnətdarlığını bildirmişdir.

Görüşdə miqrasiya sahəsinə dair fikir mübadiləsi aparılmış, gələcəkdə qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Xanım Elizabet Veins səmimi qəbula görə Xidmət rəisinə minnətdarlığını bildirmiş və onu Almaniya Federativ Respublikasına rəsmi səfərə dəvət etmişdir.

Regional miqrasiya idarələri