AZ EN RU
logo Aliyev
Ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə  yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 78 əcnəbi saxlanılmışdır

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilmişdir.

05-10 noyabr 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, Şəmkir, Zərdab, Qazax, Ağstafa rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilmişdir. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 78 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Regional miqrasiya idarələri
Elanlar