AZ EN RU
logo Aliyev
Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunan səfiri İsmayıl Alper Coşqun Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşmüşdür

23 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.  Xidmət rəisi qonaqları səmimi salamlayaraq, yeni təyinatı ilə bağlı Türkiyənin  Azərbaycandakı səfirini təbrik etmişdir.

Firudin Nəbiyev Ulu öndər Heydər Əliyevin qəlbləri fəth edən “bir millət, iki dövlət” kəlamını xatırladaraq,  Azərbaycan-Türkiyə əlaqələrindən, digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli münasibətlərin gələcəkdə inkişaf etdirilməsindən söz açmışdır.

Səmimi qəbula görə Dövlət Miqrasiya Xidmətinin rəisinə təşəkkürlərini bildirən səfir İsmayıl Alper Coşqun Azərbaycanın sürətli inkişafının göz önündə olduğunu və bu inkişafın hər sahədə özünü göstərdiyini vurğulamışdır.

Sonda hər iki tərəf  bundan sonra da qarşılıqlı əməkdaşlıq əsasında əlaqələri davam etdirəcəklərini bildirmişlər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Mustafa Gür və səfirin üçüncü katibi Məryəm Tığraq iştirak etmişlər.

Regional miqrasiya idarələri
Elanlar