AZ EN RU
logo Aliyev
Dövlət MiqrasiyaXidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 360 əcnəbi saxlanılmışdır

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Xidmət əməkdaşları tərəfindən ötən həftə ərzində Bakı şəhərində aparılan yoxlamalar nəticəsində ümumilikdə 360 əcnəbi saxlanılmışdır. Belə ki, 4-9 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin paytaxtında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 360 əcnəbi aşkar edilmişdir. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Regional miqrasiya idarələri
Elanlar