AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində 28 May – Respublika Gününə həsr edilmiş tədbir keçirilmişdir

26 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açıq elan etmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi F.Nəbiyev geniş məruzə ilə çıxış etmişdir. Bu əlamətdar günün xalqımızın dövlətçilik tarixində önəmli yer tutduğunu qeyd edən Xidmət rəisi nəzərə çatdırmışdır ki, Şərqdə ilk demoktatik respublika  olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur.

Ulu öndərimizin "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir" sözlərini xatırladan F.Nəbiyev bildirmişdir ki,  Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

Xidmət rəisi çıxışında bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirildiyini, respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatının dönmədən inkişaf etdirildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. 

Qeyd edilmişdir ki, bu gün miqrasiya sahəsində əldə edilən nailiyyətlər də bu tədbirlər silsiləsindəndir.  Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı onu cəlbedici ölkəyə çevirmiş, buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur.

Daha sonra Xidmət rəisi tərəfindən xidməti fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra əməkdaşa rütbələr verilmiş, Fəxri Fərman və mükafatlar təqdim olunmuşdur.

Mərasimin sonunda Ulu öndər Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. 

Regional miqrasiya idarələri
Elanlar