AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə qanunvericiliyinin tələblərini  pozmuş 15 əcnəbi saxlanılmışdır

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

24-25 may 2012-ci il tarixlərdə Xidmət əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarında müvafiq yoxlamalar aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq Bakı şəhərinin Xəzər və Nərimanov rayonu ərazilərində fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 11 əcnəbi, Biləsuvar rayonunda qeyri-qanuni küçə ticarəti ilə məşğul olan 4 əcnəbi vətəndaş saxlanılmış, barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Regional miqrasiya idarələri
Elanlar