AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində və Regional Miqrasiya İdarələrində iməcilik keçirilmişdir

19 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində və Regional Miqrasiya İdarələrində iməcilik keçirilmişdir.

Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin  təşəbbüsü ilə Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində keçirilən iməcilikdə təmizlik işləri aparılmış, mərkəzin ətrafında salınmış yaşıllıq zolağı abadlaşdırılmışdır. Xidmət əməkdaşları əraziyə münbit torpaq yaymış, ağacların dibini belləmiş və gövdələrini ağartmışlar.

Həmçinin Bakı, Şirvan, Yevlax, Xaçmaz və Lənkəran Regional Miqrasiya İdarələrində də iməciliklər keçirilmişdir. Regional idarə əməkdaşları inzibati binalarda təmizlik işləri aparmış, ətraf ərazilərdə mövcud ağaclara aqrotexniki qulluq göstərmişlər.

Regional miqrasiya idarələri
Elanlar