AZ EN RU
logo Aliyev
“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” qısamüddətli ixtisasartırma kursu başa çatmışdır

16-27 aprel 2012-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edilmişdir.

Miqrasiya sahəsində aparılan dövlət siyasətinin hüquq-mühafizə orqanlarında çalışan rəhbər işçilərə çatdırılmasına, izah və şərh edilməsinə xidmət edən məlum kursun proqramının əsas məqsədi Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən islahatların aktual problemləri, miqrasiya orqanlarının fəaliyyətinin konstitusion-hüquqi əsasları, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsi olmuşdur.

Tematik plan üzrə kurslar Azərbaycanın müasir xarici siyasəti, Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatlar, Azərbaycan Respublikasının digər ölkələrlə viza rejimi, miqrasiya proseslərinin tənzimlənməsində insan inkişafı amili, Daxili işlər orqanları tərəfindən vətəndaşlara ümumvətəndaş pasportlarının verilməsi qaydaları və digər məsələləri əhatə etmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Azərbaycanın müasir xarici siyasəti”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Miqrasiya proseslərinin tənzimlənməsində insan inkişafı amili”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Ombudsman insan hüquqlarının müdafiəçisi kimi”, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev “Azərbaycanın müasir miqrasiya siyasətinin əsas istiqamətləri”, Xidmət rəisinin digər müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev “Qanunsuz miqrasiya və onun həlli yolları”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “BMT-nin Uşaq Hüquqları Konvensiyası və cinslər arasında ayrı-seçkilik”,  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Telman Məmmədov “Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülmüş tədbirlər haqqında”, Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov “Beynəlxalq insan hüquqları konsepsiyası və onun Azərbaycan Respublikasının qanunvericiliyində əksi” və s. mövzularda mühazirələr söyləmişlər.

Kursun sonunda dinləyicilərərə sertifikatlar təqdim olunmuşdur.

Regional miqrasiya idarələri
Elanlar