AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Banqladeş Xalq Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir

2 Dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Banqladeş Xalq Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Zulfiqur Rəhmanı və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov yeni təyinatı münasibətilə səfir Zulfiqur Rəhmanı təbrik etmişdir. Rəhbəri olduğu qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verən Xidmət rəisi iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin gələcəkdə inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zulfiqur Rəhman görüşdən məmnunluğunu dilə gətirmiş, Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında əlaqələrin, o cümlədən miqrasiya sahəsində münasibətlərin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

 

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində  qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.

Regional miqrasiya idarələri