AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin Aİ və MSİBM-lə keçirdiyi birgə tədbir başa çatmışdır

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Avropa İttifaqı (Aİ) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə keçirdiyi “Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarəolunması sahəsinə dəstək” layihəsi çərçivəsində “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarəedilməsi” adlı 3 günlük treninq noyabrın 24-də işini  başa çatdırmışdır.

 

Niderland və Belçika Krallıqlarından dəvət edilmiş yüksək səviyyəli beynəlxalq ekspertlərin təlim keçdiyi treninqdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, o cümlədən Naxçıvan Dövlət Miqrasiya Xidmətinin,  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları  iştirak etmişlər.

 

Təlimin sonunda iştirakçılara ixtisaslaşmış kurs üzrə sertifikatlar təqdim olunmuşdur.

Regional miqrasiya idarələri