AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin təşəbbüsu ilə MİEUX proqramı çərçivəsində Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin  (MSİBM) dəstəyi  ilə birgə  layihə həyata keçirilmişdir

22-23 fevral 2011-ci tarixlərdə Avropa İttifaqının MİEUX proqramı çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə Bakı şəhərində Avropa İttifaqının miqrasiya sahəsində mövcud qanunvericiliyinə dair “Dəyirmi Masa” və miqrasiya məsələləri üzrə təlim  keçirilmişdir.

 

Dəyirmi masanı açıq elan edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev “Avropa İttifaqı qanunvericiliyini öyrənmək hər bir qurum üçün vacib məsələdir” deyərək Aİ ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın hələ 90-cı illərdən başladığını bildirmişdir. Bu əməkdaşlığın ayrı-ayrı qurumlar tərəfindən müxtəlif proqramlarla layihələr şəklində həyata keçirilməsi əldə olunan uğurlar sırasındadır.

 

Xidmət rəisinin müavini müasir Azərbaycanda miqrasiya proseslərinin  yaranması, inkişafı və bu sahədə aparılmış dövlət siyasətindən,  bu sahədə proseslərin tənzimlənməsini həyata keçirəcək orqanın - Dövlət Miqrasiya Xidmətinin qısa müddət ərzində formalaşması və əldə etdiyi uğurlardan danışmışdır.   

 

MİEUX proqramının ölkə üzrə əlaqələndicisi Oleq Kirica Azərbaycan ilə əməkdaşlıqdan məmnunluq duyduğunu,  Aİ-nin layihə çərçivəsində hər cür yardıma hazır olduğunu qeyd etmişdir.

 

Sonra Niderlandın Ədliyyə Nazirliyinin İmmiqrasiya və Naturalizasiya Xidmətinin xüsusi məsləhətçisi, BMT QAK-ın beynəlxalq hüquq və insan hüquqları üzrə professoru Piter van Krieken, Bolqarıstanın Əmək və Sosial Siyasət Nazirliyinin Şəxslərin sərbəst hərəkəti, miqrasiya və inteqrasiya İdarəsinin əməkdaşı Liliana Stankova, Danimarka İmmiqrasiya Xidmətinin baş məsləhətçisi Bo Brun müvafiq mövzularda çıxışlar etmişlər.

 

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ilə yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də iştirak etmişlər.

 

Dəyirmi masanın sonunda Niderlandın Ədliyyə Nazirliyinin nümayəndəsi Piter van Krieken tərəfindən “Azərbaycan: strategiya, siyasət və imkanlar. Azərbaycanın miqrasiya qanunvericiliyinə dair MİEUX Hesabatının nəticələri” təqdim edilmişdir.

Regional miqrasiya idarələri
Elanlar