AZ EN RU
logo Aliyev
 Ulu öndər Heydər Əliyevin 88-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilmişdir

7 May 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov məruzə ilə çıxış edərək, XX əsr Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolundan danışmışdır. Qeyd etmişdir ki, dahi şəxsiyyətin ölkəyə rəhbərlik etdiyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. 1960-ci illərin sonlarında Azərbaycanın iqtisadi və mədəni tənəzzül dövrünü yaşadığını xatırladan Xidmət rəisi o zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqi dövrü yaşandığını vurğulamışdır.

 

Arzu Rəhimov həmçinin ikinci dəfə hakimiyyətə gələndə də Ümummilli liderin  siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etməsindən və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmasından danışmışdır. Bildirmişdir ki, bütün bu illər ərzində əsl rəhbər kimi məhz Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Ümummilli liderin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır.

 

Tədbirdə məhz Ulu öndər Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdən təcrid olunması təhlükəsinin artıq arxada qalmasından, respublikanın bütün sahələrində həyata keçirilən uğurlu islahatlardan və sosial-iqtisadi inkişafdan bəhs edilmişdir.

Regional miqrasiya idarələri