AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə seminar keçirilmişdir

20 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi ilə birgə “Mənşə ölkələri haqqında mə­lu­mat­la­rın toplanılması” mövzusunda seminar keçirilmişdir.

 

Seminarda müxtəlif instansiya məhkəmələrinin hakim­lə­ri, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri,  Xidmətin və Müstəqil Elmi Praktiki Hüquq Mər­kəzinin (MEPHM) nümayəndələri iştirak etmişlər.

 

Tədbiri açan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Mu­sa­yev mövzunun aktuallığını vurğulamış, sığınacaq axtaran şəxs­lərin müraciətlərinin araşdırılması, qərarların qəbul olunmasında mənşə ölkələri haqqında mə­lumatın rolunun vacibliyi, təyinat ölkəsinə çevrilmiş bir ölkə ola­raq Azərbaycanda sığınacaq sisteminin inkişaf etməsi, BMT QAK tərəfindən himayəyə götürülmüş şəxslərə göstərilən tolerant mü­na­si­bət barədə çıxış etmişdir.

 

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm seminarın keçirilməsində göstərilən dəstəyə, həmçinin da­vam­lı əməkdaşlığa görə Xidmət rəh­bərliyinə minnət­dar­lı­ğı­nı bildirmişdir.

 

Daha sonra DMX əməkdaşları A.Seyidova, N.Salmanov, BMT QAK-ın əməkdaşı Z.Nağıyev müvafiq mövzularla çıxış etmişlər.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Regional miqrasiya idarələri