AZ EN RU
logo Aliyev
Latviya Respublikasının nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur

19 Aprel 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, “bir pəncərə” prinsipinin tətbiqi barədə məlumat vermişdir. Arzu Rəhimov qısa müddət ərzində Xidmətin strukturunun formalaşdırıldığını, 5 regional idarənin fəaliyyət göstərdiyini, 2 qanunsuz miqrantların saxlanma mərkəzinin istifadəyə hazır olduğunu, gələcəkdə digər idarələrin də inşasının nəzərdə tutulduğunu bildirmişdir.

 

Səmimi qəbula görə təşəkkür edən qonaq iki dost ölkənin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində qısa müddət ərzində miqrasiya sahəsində əldə olunan nəticələrin sevindirici hal olduğunu vurğulamışdır. Xanım Linda Murniese Xidmət rəisi Arzu Rəhimovu Latviya Respublikasına dəvət etmişdir. 

 

Görüş çərçivəsində Latviya nümayəndə heyəti Xidmətin Heydər Əliyev muzeyində, kitabxana və Təlim-tədris mərkəzində olmuşdur.

Regional miqrasiya idarələri
Elanlar