AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 4-cü ildönümü, 19 mart-Azərbaycan Respublikası miqrasiya orqan­ları işçilərinin peşə bayramı günü münasibətilə təntənəli mərasim keçirilmişdir

19 Mart 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının 4-cü ildönümü, 19 mart - Azərbaycan Respublikası miqrasiya orqan­ları işçilərinin peşə bayramı günü və Novruz bayramı münasibətilə təntənəli mərasim keçirilmişdir.

 

Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

 

Xidmət əməkdaşları həmçinin Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.

 

Dövlət Miqrasiya Xidmətinin aparatında keçirilən mərasimdə Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miq­rasiya proseslərinin tənzimlənməsi məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki ad­dım­lar yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ha­ki­miy­­yətə gəlişindən sonra atılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasını, 1 mil­yondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düş­mə­sini, o cüm­lədən respubli­kanın əlverişli coğrafi-siyasi məkanda yerləşməsini, əhə­miy­­yətli tranzit-kommunikasiya imkan­larını nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proses­lərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Bu mərhələdə ölkənin gələcəyi ilə bağlı ziddiyyətli fi­kirlərin, narahatlıq­ların və təhlükələrin aradan qalxması, yaşayış üçün yeni perspektivlərin açıl­ma­sı xarici ölkələrə miqrasiya prosesinin qarşısını almış, eyni zamanda, əvvəlki illərdə Azərbaycandan köçüb getməyə məcbur olan vətəndaşlar, o cümlədən milli azlıqların nümayəndələri tədricən geriyə qayıtmışlar.

 

Daha sonra qeyd edilmişdir ki, ictimai-siyasi, iqtisadi sabitliyin təmin olunması, habelə hərtərəfli inkişafda lo­ko­motiv rolunu oynayan “Əsrin müqaviləsi”nin imzalanması respublikaya xarici in­ves­­tisiya axınının sürətlən­mə­sinə, əlverişli biznes və sərmayə mühitinin forma­laş­masına təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açıl­ması, xüsusən də əmək miqrant­larının respublikamıza marağını gücləndirmişdir. Hə­­­­min dövrdə mo­dern texnolo­gi­yalarla işləyə bilən yerli kadrların yoxluğu, habelə on­ların təc­rübəsinin qənaətbəxş səviyyədə olmaması nəzərə alınaraq əcnəbi mütəxəssislərin ölkəyə gəl­məsinə liberal ya­naşılırdı. Həyata keçirilən kompleks tədbirlər nə­ticəsində uzun illər ərzində ölkə­yə miqrantların daxil olması yerli əmək bazarının tələbinə uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərinə qarşı effek­tiv mü­barizə tədbirləri həyata keçirildi.

 

Son illərdə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəq­liyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni za­manda, ölkə­mizin geosiyasi mövqeyi miqrasiya proses­lərinin daha da intensivləşməsinə gətirib çıxar­mışdır. Eyni zamanda, ölkəmizin bir sıra döv­lətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın əra­zisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə get­məyə cəhd edən, yaxud qanuni əsaslar olma­dan yaşamağa cəhd göstərən əc­nəbilərin sayı getdikcə artırdı. Bütün bunlar ölkənin inkişafı və təh­lükəsizliyinin təmini baxımından milli maraq­lara uyğun miqrasiya siyasəti­nin hə­yata keçi­ril­mə­sini, miqrasiya prosesləri­nin tənzimlənməsi sisteminin tək­milləş­diril­məsi və inkişaf etdirilməsini, dövlət orqan­larının fəaliy­yə­tinin əlaqələndiril­məsini, habelə bu sa­hədə bey­nəlxalq əməkdaşlığı ob­yektiv zərurətə çevirmişdir. Bütün bu real­lıqları nəzərə alan  Prezident cənab İlham Əliyev son illər­də miqrasiya pro­seslərinin va­hid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində komp­leks tədbir­lərin həyata keçi­ril­mə­sini təmin etmişdir.

 

Bildirilmişdir ki, dövlətimizin başçısı bu istiqamətdə ilk mühüm addım­larından biri kimi 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Res­pub­likasının Dövlət Miq­rasiya Proq­ra­mı­nın təsdiq edilməsı haq­qında” Sərəncam imza­lamışdır. Komp­­leks tədbirlər siste­mini əks etdirən Dövlət Proqramında miq­­rasiya idarəetmə sisteminin inkişaf etdi­rilməsi, miqrasiya proses­lərinin tənzim­lən­məsi və proqnozlaş­dırılması, bu sahədə qa­nun­vericiliyin beynəl­xalq normalara və müasir dövrün tələblərinə uyğun təkmil­ləşdiril­məsi, qanunların tət­biqinin ef­fek­tivli­yi­nin təmin edil­məsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir av­tomat­laş­dırılmış nə­za­rət sisteminin yaradılması, qeyri-qa­nuni miqrasiyanın qarşı­­sı­nın alın­ması, miqrant­larla bağlı sosial mü­dafiə təd­birlərinin həyata keçirilmə­si və digər mühüm mə­sələlər yer almışdır.

 

Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini hə­ya­ta keçi­rən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi mey­dana çıx­mış­dır. Bu zərurəti nəzərə alan Prezident cənab İlham Əliyev 19 mart 2007-ci il ta­rix­də Dövlət Miq­rasiya Xid­mə­tinin yaradılması haqqında fərman imzalamışdır.

 

Miqrasiya sahəsində döv­lət siya­­sə­tini, habelə miqrasiya proses­lərinin idarə edil­məsi və tənzimlən­məsində Azər­baycan Respub­likasının qanunveri­ciliyi ilə müəy­yən edil­miş səlahiy­yətləri həyata ke­çi­rən Dövlət Miqrasiya Xid­mətinə qısa zamanda hüquq-mühafizə orqanı status­u verilmişdir. Xidmət fəaliyyətə baş­layandan qa­nun­vericiliyin bey­nəlxalq nor­malara və müasir dövrün tələblərinə uyğun təkmil­ləş­dirilməsinə, qanun­­ların tətbiqində yol verilə biləcək nöq­san və sui-istifadə­lə­rin, tən­zim­­lən­­məyən miq­ra­siya proseslərinin neqa­tiv təsirinin aradan qal­dı­rılmasına, sabit demoqrafik inkişafa, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbir­ləri­nin güc­ləndirilməsinə çalışır.

 

Dövlət Miqrasiya Xidməti bu gün ölkə ərazisində mü­vəq­qəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanun­vericiliyinin tələb­lərinə ria­yət etmə­lərinə nəzarəti həyata keçirir, mövcud qa­nun­vericiliyin tələblərini poz­muş əcnəbi­lərin ölkə ərazisindən çıxarılması üçün mü­va­fiq tədbirlər görür. Həmçinin, ölkə­dəki qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə ciddi nəzarət edir.

 

2010-cu ilin 25 may tarixində Dövlət Miqrasiya Xid­mə­tinin yeni inzibati binasının açılış mərasimində iştirak edən dövlətimizin  başçısı cənab İlham Əliyev bu əlamətdar hadisə ilə bağlı çıxışında Azərbaycanın hazırkı sosial-iqtisadi inkişafı dövründə Dövlət Miqrasiya Xidmətinin üzərinə düşən mühüm vəzifələri qeyd etmiş və qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi zəruriliyini önə çəkmişdir: “İndi biz dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycana xaricdən gələnlərin sayı artır. Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik və bunu edirik. O cümlədən Miqrasiya Xidmətinin xətti ilə görülən tədbirlər həm iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda, insanlarımızın rahat, təhlükəsiz həyatını təmin edəcəkdir”.

 

Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 4 illik fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutmuş, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışmışdır. Prezident cənab İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin inzibati binasının açılış mərasimində vurğuladığı kimi, “Miqrasiya Xidmətinin yaranması çox vaxtında atılmış addım idi və bu illər ərzində Xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə olacaqdır”.

 

Arzu Rəhimov Xidmətin yaradılmasının 4-cü ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı və Novruz bayramı münasibətilə əməkdaşları təbrik etmiş, xidməti vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsində onlara uğurlar arzulamışdır.

 

Sonda Xidmət rəisi Prezident cənab İlham Əliyevin 15 mart 2011-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlara medalları və xidməti fəaliyyətdə fərqlənənlərə mükafatları təqdim etmişdir.

 

 

Regional miqrasiya idarələri
Elanlar