AZ EN RU
logo Aliyev
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ilk qısamüddətli ixtisasartırma kursu başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin nəzdində açılan “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ilk qısamüddətli ixtisasartırma kursuna yekun vurulmuşdur.

 

23 Fevral 2011-ci il tarixdə Akademiyanın inzibati binasında kurs iştirakçılarına sertifikatların təqdim olunma mərasimi keçirilmişdir.  

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev iştirakçıları kursu uğurla başa vurmaları münasibətilə təbrik edərək, əldə etdikləri bilik-bacarıqların gələcək fəaliyyətlərində töhvə verəcəyinə əminliyini ifadə etmişdir.

Regional miqrasiya idarələri
Elanlar